Naxçıvan Qarnizonu qoşunlarında “2 Fevral Gənclər Günü” ilə bağlı silsilə tədbirlər keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında “2 Fevral Gənclər Günü” ilə bağlı silsilə tədbirlər keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov, Vətən müharibəsinin iştirakçısı, əsgər Coşqun Məhərrəmov və digər çıxış edənlər əsgərlərimizin timsalında bütün gəncləri əlamətdar gün münasibəti ilə təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyi ölkəmizin bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət bunu bir daha sübut edir.

Tədbirdə vətənpərvərlik ruhunda və ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

 

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: