Ermənilər Qafan yolunda bayrağımızın altından keçir - FOTOLAR

A- A A+

Qafan şəhərindən Çakatenə, eləcə də digər kəndlərə gedən yolda Azərbaycan və ingilis dillərində "Azərbaycana xoş gəlmisiniz" sözləri yazılmış lövhə quraşdırılıb, həmçinin bayrağımız ucaldılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, son günlərdə Qafan və yol kənarındakı kəndlərin sakinlərindən lövhə ilə bağlı çox sayda zənglər alır. Totoyan ermənilərin bundan narahat olduqlarını söyləyib.

Qeyd edək ki, Çakaten Gəncə quberniyasına aid kənd olub. 1920-ci ildə Zəngəzur ermənilərə qanunsuz olaraq verilərkən, kəndin əsas hissəsi Qafana düşüb. Ermənistan Azərbaycanın rayonlarını işğalda saxlayarkən özbaşına sərhədi irəli çəkib. Hazırda sərhədlərin müəyyənləşdirilməsi işləri gedir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: