Rusiya Müdafiə Nazirliyi Ağdamdakı mərkəzdən görüntülər yayıb - FOTOLAR

A- A A+

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Bildirilib ki, rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.

“Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri təhlil edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur”, - nazirlikdən bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: