Səlcuq Bayraqdar Azərbaycan hərbçilərinə zərbə PUA-ları ilə bağlı sertifikat verəcək

A- A A+

Bu gün zərbə tipli pilotsuz uçan aparatlarının təlimlərini bitirmiş Azərbaycan Ordusunun hərbçilərinə sertifikat təqdim ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar teleqram kanalında bildirib.

“Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları təlimlərini yekunlaşdırmış hərbçilərinə sertifikatları təqdim etmək üçün Zərbə PUA-sı Təlim Mərkəzinə gedirik”, - o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: