Ermənistan məhv edilmiş daha 52 həbçisinin adını açıqladı

A- A A+

Ermənistan tərəfi Dağlıq Qarabağda döyüşlər zamanı məhv edilmiş daha 52 həbçisinin adını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, siyahını erməni KİV-ləri dərc edib.

Məlumata görə, Ermənistan indiyədək rəsmi olaraq 2175 itkisini elan edilib.

Xatırladaq ki, bundan əvvəl səhiyyə naziri Anait Avanesyan Dağlıq Qarabağdakı müharibədə ölən 3450 hərbçinin meyitlərinin və qalıqlarının məhkəmə tibbi ekspertizasına təhvil verildiyini, onların şəxsiyyətini müəyyənləşdirmək üçün hər gün 30 cəsədin müayinə olunduğunu deyib.

Lakin Ermənistanın itkilərinin göstərilən rəqəmlərdən çox olduğu heç kimə sirr deyil. Erməni ekspertlər müharibə zamanı 5-6 min, bəzən isə 7 min itkinin olduğunu bildirirlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: