Paşinyan nazirlər kabinetinin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hökumətdən istefa verməyi tələb edib.
NUHÇIXAN-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Paşinyan həmçinin ölkədə növbədənkənar parlament seçkilərinin təyin olunmasını tələb edib.
Müxalifətçi baş nazir vəzifəsinə "xalqdan namizəd"in təyin olunmadığı halda növbədənkənar parlament seçkilərini boykot edəcəyini bəyan edib.
Paşinyan həmçinin deyib ki, müxalifətin hakimiyyətə gəldiyi halda, Ermənistan Rusiya ilə yaxşı münasibətlər saxlayacaq, KTMT-ın üzvü qalacaq və "beynəlxalq öhdəliklərinə sadiq" qalacaq, o cümlədən Aİ və AİB üzrə.