XİN: Ukrayna ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur

A- A A+

Ukrayna ilə Azərbaycan arasında gözəl dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində iki ölkə arasında diplomatik münasibətlərin 29-cu ildönümü münasibətilə yerləşdirilən paylaşımda bildirilib.

“Bu gün biz diplomatik münasibətlərimizin 29-cu ildönümünü qeyd edirik. Ukrayna Azərbaycanla yüksək əməkdaşlıqdan razıdır. İnanırıq ki, Ukrayna və Azərbaycan arasında əməkdaşlıq daha da möhkəmlənəcək”, - deyə XİN-in təbrik bəyanatında vurğulanıb.

Qeyd edək ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Ukrayna arasında ilk diplomatik münasibətlər 1992-ci il fevralın 6-da qurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: