Araik etiraf edib: Azərbaycan ordusu Xankəndinin bir neçə yüz metrində idi

A- A A+

Müharibə vaxtı qorxusundan Xankəndinə gizlənən separatçı Araik Arutyunyan yeni açıqlama ilə çıxış edib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni mediasına istinadla xəbər verir ki, o, ictimai təşkilatların nümayəndələri ilə görüşü zamanı deyib ki, bəzi dairələr 10 noyabr tarixli üçtərəfli razılaşmanı ermənilər üçün biabırçı bir sənəd kimi qəbul edir, həmin vaxt müharibəni təcili şəkildə dayandırmaq lazım olduğunu deyirlər. Azərbaycan ordusunun qorxusundan qaçıb bunkerdə gizlənən Araik etiraf edib ki, həmin vaxt Azərbaycan ordusu Xankəndinin bir neçə yüz metrindən bir neçə kilometrinə qədər olan məsafədə idi və şəhərin irəlisində heç bir xüsusi müdafiə mövqeyi yox idi: "Xanaçaxdan başlayaraq, demək olar ki, heç bir müdafiə yox idi. Sonuncu qrup Vankın batalyonu idi ki, onlar da artıq öz mövqelərini tamamilə tərk etmişdi. Qaybalı-Armenavan sahəsi də qorunmurdu. Mən xahiş etdim ki, Martakertdən (Ağdərə-red.) kiçik bir qrup Armenavan istiqamətində növbə çəksin ki, baş verənlərdən vaxtında məlumatımız olsun”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: