Vətən müharibəsində düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib - General-mayor Ağamir Sultanov
Vətən müharibəsində təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun müasir, universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib.