Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib

A- A A+

Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.

NUHÇIXAN xəbər verir ki, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-nin İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: