Müharibənin ilk günü düşmənin 500-qədər hədəfi məhv edilib - Raket və Artilleriya Qoşunlarının komandanı
Döyüşün ilk günü artilleriya bölmələri tərəfindən düşmənin 500-qədər hədəfi məhv edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.
Onun sözlərinə görə, müasir, universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib.
"Yerdəyişməyə məcbur edilən düşmənin artilleriya vasitələri PUA-lar tərəfindən asanlıqla aşkar olunaraq məhv edilib".