Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar videoçarx paylaşıb - VİDEO

A- A A+

Azərbaycan Respublikasının Baş Prokurorluğu işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar videoçarx yayımlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan videoçarxda dərin təəssüf hissi ilə bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir.

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan hazırkı vaxtadək minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluq xəbərdarlıq edir ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq növbəti dəfə maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı Baş Prokurorluğun sosial şəbəkə səhifələrindən izləmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: