Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi baş tutub

A- A A+

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

Sülhməramlılarının komandanı deyib: "Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının reallaşdrılması məqsədi ilə növbəti əsir mübadiləsi həyata keçirilib".

Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə bir əsir Ermənistandan Bakıya, beş əsir Azərbaycandan İrəvana çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: