Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları qardaş Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.

Qış təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Hava desantı qruplarımız paraşütlərlə təyin olunmuş təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: