Muxtar respublikada 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov danışıb.

“Dahi şəxsiyyətin quruculuq xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında dinamik inkişafı təmin edib, enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunubdur”,- deyən Ali Məclisin Sədri qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı kimi ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ötən dövrdə muxtar respublikada 166 ümumtəhsil məktəbi, 374 mədəniyyət müəssisəsi, 202 səhiyyə müəssisəsi, 55 idman obyekti, 288 hərbi obyekt tikilərək istifadəyə verilib, 98 mindən artıq yeni iş yeri açılıb.

Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 88 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında inkişafın nəticəsi olaraq yaşayış məntəqələri böyüyüb, şəhər, qəsəbə və kəndlərin sayı artıb. Hazırda muxtar respublikada 217 səhiyyə, 492 mədəniyyət, 442 sənaye müəssisəsi fəaliyyət göstərir, 34 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıqla məşğul olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: