“Qış təlimi-2021” təlimlərində iştirak edən Türkiyə hərbçiləri komando andı içiblər - VİDEO

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin də qatıldığı “Qış təlimi-2021” təlimlərində iştirak edən Türkiyə hərbçiləri komando andı içiblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, andiçmənin görüntülərini Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qarlı dağ şəraitinə uyğun şəkildə geyinən türkiyəli hərbçilər Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu maskalar taxıblar.

Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir. Təlimlər fevralın 12-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: