Bu il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar üçün tədris prosesi on ixtisas üzrə aparılır

A- A A+

Bu il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar bakalavr pilləsində 10 yeni ixtisas üzrə ali təhsil alırlar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov fevralın 11-də bu hərbi təhsil ocağına təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində deyib.

Füzuli Salahov qeyd edib ki, beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası hərb elminin incəliklərini kursantlara tam aşılamağa imkan verir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr pilləsində mütəxəssislər hazırlanır. 2020/2021-ci tədris ilindən etibarən birinci kursa qəbul olan kursantlar bakalavr səviyyəsində 10 yeni ixtisas üzrə ali təhsil alırlar. Məktəbdə 4 fakültə və 21 kafedra fəaliyyət göstərir. Hərb elminin incəlikləri kursantlara beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə öyrədilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: