Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.