Gəncədə mülki binalara zərbə endirilib, neft-qaz kəmərlərinə də zərbə endirilməli idi - Sarkisyanın etirafları

A- A A+

Ötən il Qarabağ müharibəsinin sonlarına yaxın Ermənistan ordusu Şuşaya "İsgəndər" raketi ilə zərbə endirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistan televiziyasına müsahibəsində ölkənin sabiq prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, "İsgəndər"in istifadə olunması barədə dəqiq məlumata malikdir.

Eyni zamanda S.Sarkisyan müharibə vaxtı erməni qoşunlarının Azərbaycanın neft-qaz kəmərlərinə zərbə endirməli olduğunu, amma cavab reaksiyası almaqdan qorxduqları üçün bunu etmədiklərini deyib.

Sabiq prezident, həmçinin Gəncə şəhərində mülki binalara zərbə endirildiyini etiraf edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: