“Zirzəmi hardadır deyə, Nikol qorxudan sığınacağa qaçdı” Aram Qabrelyanov

A- A A+

“Dronun səsini eşidən Nikol kişi və qadınları yığışdıraraq bomba sığınacağına qaçdı”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyalı jurnalist, "İzvestiya" qəzeti redaksiyasının İdarə Heyətinin sədri Aram Qabrelyanov özünün Telegram kanalındakı səhifəsində yazıb.

Rusiyalı jurnalist qeyd edib ki, onun Paşinyanın şəxsi qvardiyasındakı mənbəyi bir çox məlumatları çatdırıb, hansı ki, Ermənistanın baş naziri ictimaiyyətə bu haqda açıqlanmaqdan qorxur, ancaq o özü bunu söyləyəcək.

“2020-ci ilin oktyabrında Paşinyan guya böyük bir ali baş komandan kimi özünü göstərmək qərarına gəlib və bu məqsədlə Syunikdə dövlət qurumlarından birində böyük bir görüş təşkil edib. O, pafosla danışarkən və Syunikin müdafiəsini necə təşkil edəcəyi barədə hap-gop edərkən birdən göydə bir dron səsi eşidilib. Nikol vəhşi bir qorxu və dəhşət içində, "zirzəmi haradadır?",- deyə bağırıb, sonra da kişi və qadınları bomba sığınacağına sürükləyib. Paşinyan gizlənmək üçün qaçarkən mühafizəçilər belə onunla çətinliklə ayaqlaşıblar. Nikol bir siçan kimi bomba sığınacağının küncünə əyilib, yalnız, “saxla, qoru, kömək et”,- deyə yalvarırmış. Mühafizəçilər belə ona ikrahla və utanc hissi ilə baxırlarmış. 5 dəqiqədən sonra dronun səsi itsə də, Nikol mühafizəçilərə qışqırırmış ki, təyyarəyə zəng vursunlar, səmanı nəzərdən keçirsinlər. Yalnız bir saat yarım sonra qorxu yaşadığı üçün dəhşət içində olan Nikol, “qorxudan paltarları, ayaqqabıları suya dönmüş halda” zirzəmidən çıxarılıb, maşına mindirilib, ona güllə keçirməyən jiletlər geyindirilib və İrəvana aparılıb”,- deyə Rusiyalı jurnalist, "İzvestiya" qəzeti redaksiyasının İdarə Heyətinin sədri Aram Qabrelyanov öz səhifəsində yazıb.

Göründüyü kimi, daim daxili auditoriyaya hesablanmış nitqlər söyləyən, pafosla danışan baş nazir Nikol Paşinyan Azərbaycan Ordusundan hansı şəkildə qorxub. Ümumiyyətlə, Azərbaycan tərəfinin gücünə, qüdrətinə bələd olan erməni baş nazirinin qorxusu başadüşüləndir. Çünki özünün və özü kimilərinin əsassız şəkildə şişirtdiyi erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında dayana bilməyəcəyini Nikol əvvəlcədən də bilirdi. Hakimiyyətini qorumaq üçün və kimlərinsə xoşuna gəlsin deyə vədlər verən, müxtəlif aldadıcı çıxışlar edən Paşinyanın reallıqda qorxu içində olduğu bəlli idi, lakin Rusiyalı jurnalist Aram Qabrelyanov bu fikirləri bir daha faktlarla da təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: