Misir nəşri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfərindən yazıb

A- A A+

Misirin “Əl Masr Əl Yom” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərindən bəhs edən məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə dövlətimizin başçısının Azərbaycan Ordusunun döyüş meydanında düşmənə qalib gəlməsi, tarixi ədaləti bərpa edərək torpaqlarımızı azad etməsi barədə fikirləri yer alıb, Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırması qeyd olunub. Bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Ordumuzun Qələbəsini tarixi Zəfər adlandırıb və bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdiyini deyib.

Məqalədə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri haqqında fikirlərinə geniş yer verilib, habelə Laçın rayonunda “Güləbird” Su Elektrik Stansiyasının açılışını etdiyi oxucuların diqqətinə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: