Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib

A- A A+

Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, məktubu polkovnik Abdulla Qurbani Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırıb.

“Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib. Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”, - nazir məktubda qeyd edib.

Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən H.Akar V.Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: