Rusiyalı deputat : Ağdam şəhərinin işğal dövründə qəsdən dağıdılmasından təəssüfləndim - FOTOLAR

A- A A+

Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində fevralın 18-də Ağdam şəhərində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rusiyalı deputat 1993-cü ildə işğal olunmuş, son 27 il ərzində böyük dağıntılara məruz qalmış “ruhlar şəhəri” kimi tanınan Ağdama səfəri zamanı bir vaxtlar bölgədə inkişafı ilə tanınmış bu şəhərin hazırkı vəziyyətindən dərin məyusluğunu ifadə edib.

Deputat yarıdağıdılmış vəziyyətdə olan Ağdam məscidini ziyarət etdikdən sonra şəhərin məhz işğal dövründə qəsdən dağıdılmasından təəssüfləndiyini bildirib. O deyib ki, qismən qorunan məscid işğalçıların heç də Azərbaycanın dini irsinə hörmətlə yanaşdığının göstəricisi deyil. “Məscidin minarələri hərbi məqsədlə, yəni, artilleriya zərbələrinin koordinasiyası üçün saxlanılıb və istifadə olunub”,- deyə Juravlyov vurğulayıb.

Sonda deputat Azərbaycanın dağıdılmış bu və digər şəhər və qəsəbələrini bərpa edəcəyinə inandığını, növbəti dəfə artıq dirçəlmiş Ağdam şəhərini ziyarət edəcəyinə əminliyini söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: