Ermənistan müharibədə azı 6 min itki verib - Nazaryan

A- A A+

Erməni ictimai xadim Kristina Nazaryan bu gün səhiyyə nazirinin açıqladığı tibbi ekspertizadan keçən meyitlərin sayından heyrətləndiyini deyib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, ölü sayının durmadan artmasını müəmmalı məsələ kimi qiymətləndirib:

"Bir şeyi anlaya bilmirəm. Müharibə zamanı, bildiyim qədəri ilə rəsmi şəkildə 1900 ölmüş hərbçinin adı açıqlanmışdı. Yaddaşım məni aldatmırsa, heç bir DNT analizi söhbəti də olmurdu. İndi isə deyirlər ki, 3577 cəsəd məhkəmə tibbi ekspertizasından keçib, 428 nümunə isə hələ də xüsusi DNT ekspertizası mərhələsindədir. Beləcə qurbanların sayı 4000-dən çox görünür. Yəni onların artıq DNT ilə müəyyən edilmiş 4000 ölü siyahısı var. Bəs əvvəlki DNT analizi olmadan dəfn edilən qurbanlar? Bu nə hiyləgər, aldadıcı və çaşdırıcı riyazi hesablamalardı axı? Yenə aldadırsız. Siz nə edirsiniz?".

Nazaryanın hesablamaları göstərir ki, Ermənistan müharibədə azı 6 min itki verib. Bunlardan indiyədək 4 mini rəsmi açıqlanıb, digərləri ört-basdır edilir.

Qeyd edək ki, bu gün Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində verilən itkilərin sayının 4 mindən çox olduğunu bəyan edib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: