Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i təsdiq edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.
Sazişlər imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş” 25 fevral 2020-ci il tarixdə Bakıda imzalanıb.