Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı məşğələləri keçirilir - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda artilleriya, reaktiv və tank əleyhinə batareyaların zabitləri ilə ixtisas hazırlığı məşğələləri keçirilir.

Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində keçirilən məşğələlərdə əsas diqqət artilleriya, reaktiv və tank əleyhinə batareyaların döyüş qabiliyyətinin artırılmasına, zabitlərin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilir. Xüsusi proqram təminatına malik kompüterlər və məşq qurğularının tətbiqi ilə komandirlərin real döyüş şəraitində bölmələri və silahları idarəetmə bacarıq və vərdişləri yoxlanılır. Məşğələlərin sonunda atəş göstəricilərinin dəqiqliyi müqayisə edilir və şəxsi heyətin bilik səviyyəsini müəyyən edən qiymətləndirmə aparılır.

Bundan əvvəl keçirilmiş məşğələ və təlimlərin uğurlu nəticəsi Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak etmiş tankəleyhinə bölmələrinin heyətlərinin düşmən üzərində qazandıqları inamlı qələbədə özünü aydın şəkildə göstərib.  

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: