Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun fevralın 23-də Ankarada keçiriləcək Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.