1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş verən dəhşətli hadisələrin ildönümü həlak olan günahsız 613 dinc azərbaycanlının xatirəsini yad etmək üçün növbəti fürsətdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukraynalı alim, tarix elmləri namizədi Oleq Kupçik bu barədə jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bəşəriyyətə qarşı cinayətlərin və hərbi cinayətlərin iddia müddəti yoxdur, təqsirkarlar tez və ya gec cəzalandırılacaqlar.
Oleq Kupçik deyib: “Bu cinayət sovet ordusunun hərbi qulluqçuları və erməni hərbiləşdirilmiş dəstələri tərəfindən törədilib. Xocalı hadisəsi planlaşdırılmış birgə əməliyyat idi, çünki Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolunun üstündə yerləşən bu yaşayış məntəqəsi çox mühüm idi,”.
Ukraynalı alim qeyd edib ki, Azərbaycan rəhbərliyi tərəfindən aparılan multikulturalizm siyasəti etnoslararası yaxud millətlərarası münaqişələrin qarşısını alır və onları qeyri-mümkün edir, həmçinin bir çox millətlərin nümayəndələrinin respublikada dinc yanaşı yaşamasını təmin edir.