Naxçıvan nümayəndəliyinin rəhbəri Niderland Krallığının səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Niderland Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema ilə görüşüb. Görüşdə iki ölkə arasında, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı münasibətlər, bir müddət əvvəl Niderland parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qərarlar, Vətən müharibəsindən sonra yaranmış reallıqlar, bir çox sahədə, xüsusilə, kənd təsərrüfatı sahəsində gələcək əlaqələr, regional proseslər, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.