DİN: Türkiyəyə vizasız gediş-gəliş yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir

A- A A+

Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: