Azərbaycanın müdafiə naziri Çinin “CETS International” şirkətində olub - FOTOLAR
Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETS International” şirkətinin fəaliyyəti ilə tanış olub.
NUHÇIXAN xəbər verir ki, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb.
Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və avadanlığın istehsalı ilə məşhurdur. Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETS International” şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir.