BMT-nin binası önündə Xocalı faciəsini əks etdirən sərgi təşkil olunacaq

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil olunacaq.

Sərgidə soyqırım zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi günahsız insanların, Xocalı dəhşətlərinin əks olunduğu fotolar nümayiş etdiriləcək.

Eyni zamanda üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Nyu-York şəhərinin mərkəzi küçələrini, meydanları dolaşacaq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandıracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: