Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sentyabrın 7-də İstanbulda Rusiya, Almaniya və Fransanın dövlət başçıları ilə görüşəcək.
Bu barədə NUHÇIXAN">NUHÇIXAN RİA "Novosti"yə istinadən xəbər verir.
"Sentyabrın 7-də İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransanın birgə sammiti keçiriləcək. Biz nə etmək lazım olduğunu müzakirə edəcəyik. Dördtərəfli görüşdə regionun problemləri müzakirə olunacaq", - deyə Ərdoğan Suriya məsələsi ilə bağlı suala cavabında bildirib.
Dörd ölkənin rəhbəri həmçinin Türkiyə, Rusiya və İranın Suriya məsələsi üzrə üçtərəfli sammitini də müzakirə edəcəklər.