Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı soyqrımının 29-cu ildönümü münasibətilə “Xocalı azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” (Khojaly was the largest massacre of Azerbaijani civilians) lövhələri asılıb.
25 və 26 fevral tarixlərində davam edəcək bu yayım şəhərin mərkəzində - Ağ Ev, Konqres binası, Vaşinqton abidəsi, milli parklar və memorial abidələri və digər görkəmli məkanlarda nümayiş etdirilir. Lövhələr əsasən paytaxtın əsas nəqliyyat dayanacaqları və yol qovşaqlarında, şəhər sakinlərinin, qonaqların və turistlərin sıx olduğu yerlərdə yayımlanıb.