Ermənistanda baş verən hadisələr Qarabağla bağlı üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsinə təsir etmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Ermənistanda baş verən hadisələrə baxmayaraq, Qarabağda atəşkəslə bağlı üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi istiqamətində addımların atılması çox vacibdir.