Əcnəbi jurnalistlər Füzulidə tikilən hava limanının inşaat sahəsində olublar

A- A A+

Erməni işğalından azad edilmiş Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarına səfəri çərçivəsində bir sıra xarici KİV nümayəndələri bu gün Füzulidə tiklən beynəlxalq hava limanının inşaat sahəsində olublar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlar bu hava limanının tikintisinin gedişi ilə tanış olublar.

“Azəraeronaviqasiya”nın (AZANS) direktoru Fərhan Quliyev media nümayəndələrinin suallarını cavablandırıb.

Əcnəbi jurnalistlərin bundan sonra Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun çəkilişi ilə də tanış olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: