Paşinyanın əleyhdarları hökumət binasına soxulublar - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəqiblərindən bir dəstəsi Yerevanın mərkəzində yerləşən hökumət binasına soxulub.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərə istinadla xəbər verir ki, binada bir neçə nazirliyin ofisi yerləşir. Birinci mərtəbədəki foyedə aksiya keçirən müxalifətçilər nazirlik əməkdaşlarını Paşinyan tərəfdarlarının mitinqində iştirak etməkdən çəkinməyə çağırıblar. Onlar baş nazirin istefası tələbi ilə şüarlar səsləndirərək binanı tərk ediblər. Aksiya iştirakçıları bildiriblər ki, onların məqsədi istənilən nazirliyə girə biləcəklərini göstərməkdir.
Xatırladaq ki, Ermənistanda fevralın 25-də başlayan siyasi böhran davam edir. Böhrana baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən kənarlaşdırılması səbəb olub.