Ermənilərin əksəriyyəti Qarabağa qayıtmaq istəmir

A- A A+

Vaxtilə azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.

NUHÇIXAN İnformasiya Agentliyi “Vestnik Kavkaza” qəzetinə istinadən bildirir ki, 22 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə aparılmış araşdırmaya əsasən, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər. 
Qalan 15% isə Qarabağın böyük şəhərlərinə (Xankəndi və Xocavənd) qayıtmağı, həmçinin Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar. Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi birbaşa paylanan ərzaq məhsullarıdır.

Respondentlərin təxminən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını deyir. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ailələrin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir.

Sorğuda iştirak edənlərin təxminən 70%-i yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: