Ötən sutka Ermənistanda yol qəzalarında bir hərbçi ölüb, biri yaralanıb

A- A A+

Ermənistanın Sünik vilayətinin Gorus şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində bir hərbçi ölüb.

NUHÇIXAN “Sputnik”ə istinadən xəbər verir ki, qəza Gorus-Yerevan avtomobil yolunda qeydə alınıb.

Karaunc kəndinin 41 yaşlı sakini Aram Poqosyanın idarə etdiyi “QAZ-27057” markalı maşın Verişen kəndinin sakini, 56 yaşlı Vaik Bakuntsun idarə etdiyi “VAZ-2107” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində yaralanan Bakunts xəstəxanaya çatdırılıb, yaralanmış 29 yaşlı Armen Minasyan isə xəstəxanaya aparılarkən yolda ölüb.

Armen Minasyan Ermənistan ordusunda müqavilə əsasında xidmət edirmiş. “VAZ-2107”nin sürücüsü isə onun hərbçi həmkarı olub.

Son bir sutkada müqavilə əsasında hərbi xidmət keçən ikinci hərbçi qəzaya düşüb. Marqara-Vanadzor-Taşir avtomobil yolunda baş verən qəza nəticəsində 33 yaşlı hərbçi Vaahn Aovannisyan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: