Türkiyədə helikopter qəzasında şəhid olan general Osman Erbaş PUA-ların yaradılmasında iştirak edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin rəsmisi Selçuk Bayraktar yazıb.
O qeyd edib ki, gereal Osman Erbaş ilə 10 ildən artıq dostluq edib, bu müddət ərzində onlar birlikdə PUA-ların döyüş tətbiqi istiqamətində sınaqlar keçiriblər.
Türkiyədə Erbaşı Qarabağ müharibəsində Azərbaycandan gələn təlimçilərə və hərbi məsləhətçilərə kömək edən şəxslərdən biri hesab edirdilər.