Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə keçirilən döyüş atışlı məşğələlərdə zirehli texnikaların ekipajlarının piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir.

Zirehli texnikalar üzrə bilikləri yoxlanılan heyətlər döyüş texnikalarının silahlarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edirlər.

Hazırda təlim mərkəzi və poliqonlarda piyadaların döyüş maşınlarının və zirehli transportyorların ekipajlarının yerinə yetirdiyi tapşırıqların icra vəziyyətinin qiymətləndirildiyi məşğələlər davam edir.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: