Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək

A- A A+

Azərbaycan regionda əməkdaşlığın əleyhinə deyil. Ermənistan isə əməkdaşlıqdan boyun qaçırır, Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Onları məcbur edəcəyik. Necə ki, torpaqlarımızdan qovmuşuq, bütün istədiyimizə nail olacağıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında danışıb.

“Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə yarayardımı? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənarda qalır. Sanki müharibə olmayıb, Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından ermənilər tərəfindən qovulmayıb. Binalarımız, məscidlərimiz dağılmayıb. Biz bunu necə unuda bilərik. Nə qədər çalışdılar bizi inandırsınlar ki, bizim neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar”, - deyə dövlətimizin başçısı qeyd edib.

O vaxt Azərbaycanın kreditlərə möhtac olduğunu bildirən Prezident deyib: “Aparıcı beynəlxalq maliyyə qurumları bizə bir il kredit vermədilər ki, bizi buna məcbur etsinlər. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər. Özümüz vəsait taparıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: