Naxçıvan televiziyasının əməkdaşı təltif olunub

A- A A+

Prezident İlham Əliyev martın 6-da Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Firudinbəyova Əfruz Şükür qızı da var.

Prezidentin Sərəncamı ilə televiziyanın rejissoru Əfruz Firudinbəyova “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, Əfruz Firudinbəyova 40 ildən artıqdır ki, Naxçıvan televiziyasında çalışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: