Azərbaycan və Türkiyə HDQ nümayəndə heyətlərinin görüşü keçirilib - FOTOLAR

A- A A+

İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcli kapitan Zaur Hümmətov ilə Türkiyə HDQ-nin komandanının maddi-texniki təminat (MTT) üzrə müavini, vitse-admiral Fikret Esin arasında keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Vitse-admiral F.Esin “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində qonaq qismində iştirakından son dərəcə məmnunluğunu ifadə edib. O, yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: