Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tacikistanın “faraj.tj” portalı Ermənistan tərəfdən atəşkəs Bəyanatının pozulması ilə bağlı məqalə yayıb.

Məqalədə qeyd edilir ki, bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Ermənistan silahlı qüvvələrinin dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazilərində yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, suverenliyin, ərazi bütövlüyünün pozulması ilə yanaşı, Ermənistanın da imzaladığı bir sıra beynəlxalq sənədlərə ziddir. Bildirilir ki, Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazilərdə erməni silahlılarının qanunsuz yerləşdirilməsi ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı Bəyanatın kobud surətdə pozulmasıdır. Bəyanata görə, Rusiya sülhməramlı qüvvələrinin ərazidə yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələri ərazilərdən çıxarılmalı idi. Laçın dəhlizindən hərbi məqsədlərlə mülki formada və mülki nəqliyyat vasitələrinin keçirilməsi razılaşmanın pozulması deməkdir.

Azərbaycan ərazisində saxlanılan 60 erməni diversantı və terrorçusunun Ermənistan tərəfdən “hərbi əsir” kimi qələmə verilməsi yolverilməzdir. Qeyri-qanuni yolla Azərbaycan ərazilərinə gələn silahlılar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

Məqalədə 44 günlük Vətən müharibəsi, Azərbaycanın Qələbəsi, Ermənistan ordusunun darmadağın edilməsi haqqında da məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: