Mövlud Çavuşoğlu Özbəkistan XİN başçısı ilə Qarabağı müzakirə edib

A- A A+

“Qarşımızdakı müddətdə xüsusilə ticarətimizi artırmaq üçün preferesial ticarət razılaşması imzalamaq istəyirik, imzalamadan sonra əhatəli azad ticarət razılaşmasının müzakirəsinə başlamaq istəyirik. Biz Özbəkistanın ilk 5 əsas ticarət tərəfdaşından biriyik və Özbəkistana ən çox sərmayə qoyan ölkəyik”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Daşkənddə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu gün kommunikasiya xətlərinin möhkəmləndirilməsi, müdafiə sənayesi, hərbi təhlükəsizlik münasibətləri, təhsil və mədəniyyət münasibətlərimizi genişləndirmək və digərləri haqqında fikir mübadiləsi apardıq. Həmçinin Əfqanıstan, Dağlıq Qarabağ, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi regional mövzuları müzakirə etdik”, - nazir vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: