Qarabağ ərazisində həlak olan erməni hərbçilərin cəsədlərinin axtarışı yenidən müvəqqəti dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, buna Qarabağ ərazisində güclü qarın yağması səbəb olub.
Məlumatda deyilir ki, axtarışlar hava şəraiti yaxşılaşanda bərpa ediləcək.
44 günlük müharibə dayandıqdan bu günədək 1490 erməni hərbçi, könüllü və mülki şəxsin meyiti tapılıb.