“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının böyük final məhələsinin iştirakçıları müəyyənləşib
“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının böyük final məhələsinin iştirakçıları müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriyanın 8 mərhələsindən sonra böyük finala vəsiqə qazanmış 11 şahmatçının adı məlum olub. Belə ki, şahmatçılarımız Elnur Mehtiyev, Orxan Bağırov, Şəhriyar Rəhmanov, Yusif Mustafazadə, İsmayıl Qurbanov, İsmayıl Süleymanlı, Ləman Hacıyeva, Kənan İsbatov, Aydın Allahverdiyev, Türkiyə təmsilçisi Kutay Sakmak həlledici mərhələdə mübarizə aparacaqlar.
Seriya yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Hindistandan 264 şahmatçı iştirak edib. Böyük final martın 14-də keçiriləcək və 9 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarəti 3 dəqiqə olacaq.
Xatırladaq ki, seriya çərçivəsində "Jabrail Cup", "Fuzuli Cup", "Zangilan Cup", "Qubadli Cup", "Shusha Cup", "Agdam Cup", "Kalbajar Cup", "Lachin Cup" turnirləri keçirilib.