Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Hüseynalılar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Hüseynalılar kəndinin videogörüntülərini yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Hüseynalılar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.