İraq qəzetində dərc olunan məqalədə Qarabağda aparılan quruculuq işlərindən bəhs olunur

A- A A+

İraqlı professor Moataz əl-Həmidinin “Almuraqi-aliraqi” qəzetində “Qurtuluş döyüşlərindən sonra Azərbaycan inşaat döyüşünə başladı” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 44 gün davam edən müharibədə Azərbaycanın qazandığı Qələbədən, Qarabağda aparılan quruculuq işlərindən ətraflı bəhs olunur.

Professor məqalədə ermənilərin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatın təsadüfi xarakter daşımadığını bildirir: “Əsl mahiyyət ondan ibarətdir ki, Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarına məhz Tovuz rayonundan keçən kəmərlər vasitəsilə ixrac edir. Ermənistanın bu rayonu artilleriya atəşinə tutmaqda məqsədi bu kəmərlərə ziyan vurmaqdan ibarət idi”.

Qeyd olunur ki, ötən ilin sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqları azad edib.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu vurğulayan müəllif işğaldan azad edildikdən sonra burada geniş həcmli quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Məqalədə, həmçinin Xocalı soyqırımı, Şuşa və digər işğal edilmiş ərazilərdə ermənilər tərəfindən törədilən vandalizm aktları barədə oxuculara geniş məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: